Bob Dilan 8 il sonra sükutu pozdu

Bob Dilan 8 il sonra sükutu pozdu
28 mart 2020
# 18:07

2016- cı ilin Nobel ədəbiyyat mükafatını alan amerikalı müğənni Bob Dilan, 8 ildən sonra ilk dəfə mahnı yayımladı.

Kulis.az xarici xəbər verir ki, dünyaca məşhur müğənni 78 yaşlı Bob Dilan musiqisevərlər üçün 8 illik sükutunu pozdu. O, keçmiş ABŞ prezidenti Con F. Kennedinin, 1963- cü ildə sui qəsd nəticəsində öldürülməsindən bəhs “Murder most foul” adlı 17 dəqiqəlik mahnısının linkini Tvitterdəki hesabından paylaşıb. Müğənni linkin üzərində dünyanı bürüyüən pandemiya ilə bağlı sosial mesaj verməyi də unutmayıb: “Bu maraqla qarışılayacağınız, bir müddət əvvəl lentə aldığım, amma yayımlamadığımız bir bəstədir. Təhlükəsizliyinizi əldən verməyin, özünüzə diqqət edin və Tanrı sizinlə olsun”.

# 1888 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #