Bəhram Bağırzadə evdən müsabiqə keçirəcək

Bəhram Bağırzadə evdən müsabiqə keçirəcək
2 aprel 2020
# 17:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə keçirilən #senetinledestekle #evdeqal çağırışına qoşulan tanınmış aktyor, rejissor Bəhram Bağırzadə aprelin 3-də evdən sizinlə görüşə gələcək.

İdarədən Kulis.az-a bildirilib ki, Bəhram Bağırzadə Azərbaycan milli cazının yaradıcısı Vaqif Mustafazadənin 80 illik yubileyi münasibətilə edəcəyi təqdimatında müsabiqə keçirəcək, qalib gələn şəxsə isə mobil telefon hədiyyə ediləcək.

Qeyd edək ki, canlı yayımda suallarınızı @bakimedeniyyetidaresi "Instagram" hesabına göndərə bilərsiniz.

Gallery

# 1663 dəfə oxunub

Müəllifin son yazıları

# # #