Beynəlxalq Tanqo Festivalının Qala Gecəsi keçirilib - Fotolar

Beynəlxalq Tanqo Festivalının Qala Gecəsi keçirilib - Fotolar
2 dekabr 2019
# 10:13

Nizami Kino Mərkəzində Argentina səfirliyinin təşəbbüsü ilə üçüncü Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəsində Qala gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, gecədə xüsusi qonaq qismində nüfuzlu rəqqaslar, dünya və Avropa çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) performans göstəriblər.

Gallery

Qala gecədə, həmçinin tanqo rəqsləri muğamla sintez olunub. Tarda Sahib Paşazadə, gitarada Lautaro Tissera, bandoleonda isə Viktor Hugo Villena ifa ediblər.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, “United Cultures”, “The Landmark”, “Bakı Metropoliteni”, Nizami Kino Mərkəzi, “Nizami Restaurant & Lounge”, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “NESS Company”, “IN Tango Baku”, “Tango On”, “EI Club de Tango”, “Badi Kubə”, “R&N-project Dance School in Baku” və “Macrobiosis Tango School”un dəstəyi ilə baş tutub.

Gallery

# 1803 dəfə oxunub

Müəllifin son yazıları

# # #