Məşhur türk müğənnisi Barış Mançonun qardaşı Savaş Manço vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə Barış Mançonun oğlu Doğukan Manço “Tvitter” hesabında məlumat paylaşıb. O, əmisinin uzun illərdir pankreas xəstəliyindən əziyyət çəkdiyini qeyd edib.
Qeyd edək ki, Barış Manço 1999-cu ildə evində infarkt keçirərək dünyasını dəyişmişdi.