A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 16-da rusdilli tamaşaçılar üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə onlayn gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
- Rövşən İsax: “Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmdir ki?” MÜSAHİBƏ
- Anarın məşhur əsərinin adı niyə dəyişdi?
- Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalı vasitəsilə göstəriləcək.