Bakıda yeni sərgi açılır

Bakıda yeni sərgi açılır
18 iyun 2021
# 14:09

“IWS Globe” beynəlxalq suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı ilə “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunacaq.

Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməli, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Sərgi üçün işlər “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar işlərinin fotolarını iyunun 30-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Sərgidə iştirak edəcək rəssamların siyahısı iyulun 3-də Xətai Sənət Mərkəzinin feysbuk və instaqram səhifələrində paylaşılacaq.

Seçilmiş əsərlər iyulun 10-dək Xətai Sənət Mərkəzində yerləşən “IWS Baku Khatai Art Center”ə təhvil verilməlidir. Sərginin iyulun 15-də Xətai Sənət Mərkəzində açılması nəzərdə tutulub.

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

# # #