Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə

Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə
1 iyul 2020
# 10:11

Bugündən etibarən Azərbaycanda ilk instaqram jurnal -“Karusel” fəaliyyətə başlayır.

Kulis.az xəbər verir ki, Azərbaycan və rus dillərində fəaliyyət göstərən jurnal ədəbiyyat və psixologiya mövzusunda qısa analitik məqalələr paylaşacaq. Jurnalın əməkdaşları arasında ölkənin üzdə olan imzaları var.

“Karusel”in təsisçisi və baş redaktoru yazıçı Sahilə Yayadır. O, layihə barədə bunları deyib:

“Pandemiya, insanların gərgin psixoloji durumu fonunda cəmiyyəti biblio-kitab terapiyası vasitəsilə sağlam saxlamağı hədəfləmişik. Hay-küydən uzaq, insanlara həqiqətən mənəvi dəstək ola biləcək bir məkan yaratdığımıza inanırıq. Biz insanlara ədəbiyyata, incəsənətə ehtiyacları olduğunu anlatmaq istəyirik.”

İnsta-jurnalda hazırda məşhur olan ədəbi tendensiyalar, Azərbaycanda tanınmasa da, dünyada çox oxunan yazarların, eləcə də ədəbi-psixoloji tendensiyaların müzakirəsi, tərcümələr, eyni zamanda, yerli yazarların yanaşmaları yer alacaq.

Gələcəkdə jurnalın kağız formatında da ərsəyə gəlməsinə çalışacağını deyən Sahilə Yaya dəstək üçün bir çox şirkətlə danışıqlar apardıqlarını, hazırda minimal maliyyə tələbatlarını ödəmək üçün jurnalın ianə sistemini açıq saxladıqlarını bildirib:

“Dünyada bu tərz jurnalların saxlanması üçün yardımlaşma prinsipi yayğındır. Cəmiyyət ona faydalı olan resursları müstəqil saxlamaq istədiyindən, bu cür jurnallara ianə göndərməklə, reklam yerləşimlərinin çoxalmasına imkan vermir.”

Jurnalı bu linkdən izləyə bilərsiniz: https://www.instagram.com/yeni_karusel/

# 1939 dəfə oxunub

Müəllifin son yazıları

# # #