Azərbaycanlı tarzən özbəkistanlı həmkarı ilə duet ifa etdi - Video

Azərbaycanlı tarzən özbəkistanlı həmkarı ilə duet ifa etdi - Video
2 oktyabr 2020
# 15:46

Tanınmış tarzən Humay Qədimova özbəkistanlı həmkarı Şerzod Ərqaşev ilə “Şuşanın Dağları” mahnısını ifa edib.

Kulis.az xəbər verir ki, tarzən Humay Qədimova verdiyi açıqlamada təklifin özbəkistanlı həmkarı tərəfindən gəldiyini bildirib: “Sizlərə təqdim etdiyimiz bu musiqi ərməğanı Azərbaycan və Özbəkistan arasında bir dostluq lahiyəsidir. Özbək və Azərbaycan xalqlarını milli adət və ənənələr, ümumi dil qrupu, qədim mədəniyyət və din birləşdirir. Özbəkistanın tanınmış tar ifaçısı Sherzod Ergashev mənə duet təklif etdikdə mən Azərbaycanın əbədi və əzəli torpağı olan qədim Şuşaya həsr olunmuş bu mahnını təklif etdim. Mahnı böyük xanəndəmiz Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısıdır.

Bildiyiniz kimi, hazırda ölkəmizdə torpaqlarımızın işğaldan azad olunması uğrunda müharibə gedir. Bir musiqiçi kimi mən də ordumuza musiqimizlə və milli alətimiz olan Tarımla vətənpərvərlik ruhda mahnılar ilə dəstək olmağa çalışıram. İnşallah üç rəngli bayrağımızı tezliklə Şuşada, Qarabağda zəfərlə dalğalandıracağıq!

Uca tanrı Azərbaycanımızı və müzəffər ordumuzu qorusun!”

# 2170 dəfə oxunub

Müəllifin son yazıları

# # #