Azərbaycanlı şairin 100 illik yubileyi qeyd olunacaq

Azərbaycanlı şairin 100 illik yubileyi qeyd olunacaq
10 fevral 2020
# 15:56

Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində tanınmış şair Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş sazlı-sözlü gecə keçiriləcək.

Kulis.az xəbər verir ki, gecədə tanınmış ziyalılar Dünyamalı Kərəmin yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək, görkəmli el aşıqlarının ifaları təqdim olunacaq.

Yubilyarın doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından, uzunömürlülüyün sirrindən agah olmaq istəyən bütün saz-söz həvəskarları Beynəlxalq Muğam Mərkəzində şairlə görüşə dəvət olunur.

Qeyd edək ki, BMM-in “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

# 1626 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #