Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi
16 avqust 2021
# 16:59

Müğənni, şair Kamandar İbrahimov vəfat edib.

65 yaşlı müğənninin uzun müddətdir səhhətində problem var imiş. Bu haqda onun həmkarları məlumat yayıb.

Qeyd edək ki, K.İbrahimov 21 iyul 1956-cı ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olan Kamandar İbrahimov həmin ildən müğənniliyə başlayıb. K.İbrahimov həm də şair və bəstəkar kimi fəaliyyət göstərib.

K.İbrahimov 2018-ci ildə oğlu Elbrusu itirmişdi. /axşam.az/

# 7330 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #