Azərbaycanlı rəssamın əsərləri beynəlxalq sərgidə nümayiş olunacaq

Azərbaycanlı rəssamın əsərləri beynəlxalq sərgidə nümayiş olunacaq
17 avqust 2020
# 16:28

Ukraynada avqustun 17-dən başlayan beynəlxalq rəsm sərgisində azərbaycanlı rəssamın əsərləri də yer alacaq.

Kulis.az xəbər verir ki, soydaşımız Əsgər Cavadov Ukraynanın Vinnitsa şəhərində reallaşan ənənəvi beynəlxalq rəsm sərgisində iştirak etmək üçün keçirilən müsabiqədə qalib olub. Soydaşımız 1000 rəssamın içərisində qalib elan edilib. Avqustun 27-dək keçiriləcək beynəlxalq rəsm sərgisində 25 rəssamın yeni işləri nümayiş ediləcək.

Ukrayna, Azərbaycan, Çin və ABŞ-dan iştirak edən rəssamların əsərləri sərginin sonunda qiymətləndiriləcək və qaliblər müəyyən olunacaq. Pandemiya dövrünə görə, daha 16 iştirakçı onlayn qaydada müsabiqədə iştirak edir.

Ukrayna Mədəniyyət Nazirliyi və Vinnitsa vilayət Administrasiyasının birgə təşkil etdiyi beynəlxalq rəsm sərgisi açıq havada keçiriləcək.

Sərginin yekununda iştirakçıların əsərlərindən ibarət kataloq nəşr olunacaq./azertag.az/

# 1166 dəfə oxunub

Müəllifin son yazıları

# # #