Azərbaycanlı rejissor vəfat etdi

Azərbaycanlı rejissor vəfat etdi
8 aprel 2021
# 17:18

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

APA-nın məlumatına görə, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub. Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

# 2052 dəfə oxunub

Müəllifin son yazıları

# # #