Azərbaycanlı ifaçı afrikalı müğənni ilə “Sarı gəlin” mahnısını duet oxudu

Azərbaycanlı ifaçı afrikalı müğənni ilə “Sarı gəlin” mahnısını duet oxudu
11 sentyabr 2020
# 18:01

Ukraynada yaşayan azərbaycanlı müğənni Vaqif Nağıyev nigeriyalı Anyanya Udongvo ilə Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısını duet oxuyub.

Kulis.az xəbər verir ki, ortaq duetin təşəbbüskarı afrikalı müğənni olub. Mahnı seçimini isə V.Nağıyev edib. Məqsəd “Sarı gəlin” xalq mahnısını dünya xalqlarına Azərbaycan musiqisi kimi təbliğ etməkdir. Ukrayna xalqına Azərbaycan musiqi mədəniyyətinin gözəlliyini və zənginliyini göstərmək vəzifəsi qoymuşdular.

Mahnının videoklipində isə rəqqas Oksana Rəsulovanın kompozisiyası da yer alıb.

Gallery

# 1540 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #