Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu

Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
6 avqust 2020
# 15:57

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı gənclərin yaratdığı “Era Teatrı”nın yeni ofisinin açılış mərasimi keçirilib. Tədbirdə parlamentin, diplomatik korpusun, azərbaycanlı icmasının, yerli ictimaiyyətin nümayəndələri və “Era Teatrı”nın üzvləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət KomitəsindənKulis.az-a verilən məlumata görə, açılış mərasimində Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları çıxış ediblər. Natiqlər bu mədəniyyət hadisəsini Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrlarının tarixində əlamətdar bir gün kimi qiymətləndirərək, teatrın kollektivinə uğurlar arzulayıblar.

Xatırladaq ki, “Era Teatrı”nın həyata keçirdiyi “Aktyorluq, teatr və kino” kursları layihəsi Azərbaycan Diasporuna Dəstək Fondunun köməyilə gerçəkləşdirilib və ofisin fəaliyyəti də həmin layihə çərçivəsində baş tutub.

# 2205 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #