Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü

Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
2 dekabr 2020
# 13:50

“Gilavar” Azərbaycan Foto Klubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər.
Kulis.az xəbər verir ki, ildə bir dəfə təqdim olunan fəxri adlara bu il Azərbaycandan 5 fotoqraf layiq görülüb. Belə ki, Nurlan Tahirli, Valeriy Xlızov, Aleksandr Firstov Beynəlxalq Foto Sənəti Federasiyasının “Rəssam”ı, Rəşad Mehdiyev “Mükəmməllik”, İlqar Cəfərov isə “Mükəmməlik/bürünc” dərəcələrini əldə ediblər.

Bununla da 2016-cı ildən başlayaraq beynəlxalq fəxri ad alan azərbaycanlı fotoqrafların sayı 7-ə yüksəlib.

# 1788 dəfə oxunub

Müəllifin son yazıları

# # #