Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi

Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
7 dekabr 2019
# 12:00

Yazıçı-dramaturq Elşad Məmnmədov 65 yaşında dünyasının dəyişib.

Bu barədə Kulis.az-a məlumat verən teatrşünas Anar Bürcəliyev yazıçının uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirib.

Qeyd edək ki, Elşad Məmmədov 1 mart 1954- cü ildə Gəncədə anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə Gəncə Dövlət Dram Teatrında başlayan yazıçı, 20 illik fəaliyyəti dövrünün 15 ilini Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri olaraq fəaliyyət göstərib. Onun , “Qapı" komediyası uzun illər teatrın repertuarında tamaşçılara təqdim olunub. Bundan başqa Elşad Məmmədovun Gəncə “Zərrabi” Poeziya Teatrının formalaşmasında xidmətləri olub.

# 2036 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #