Azərbaycanlı bəstəkar haqqında kitab çap edildi

Azərbaycanlı bəstəkar haqqında kitab çap edildi
25 yanvar 2021
# 16:33

Tanınmış bəstəkar Fərhad Bədəlbəylinin həyat və yaradıcılığından bəhs edən kitab dərc olunub.

Kulis.az xəbər verir ki, yeni kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub ki, bunun son 30 ili Fərhad Bədəlbəylinin rəhbərliyi altında keçib.

F.Bədəlbəyli haqqında kitab BMA-nın təcrübə və elmi-eksperimental bazası olan Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanıb. Bu kitab əvvəlki nəşrləri toplayıb ümumiləşdirməklə yanaşı, xronoloji ardıcıllıqla yeni materialları və sənədləri, eləcə də musiqiçinin özünün məqalələrini və müsahibələrini cəmləşdirir.

Qeyd edək ki, nəşr iki cilddən ibarətdir.

# 1682 dəfə oxunub

Müəllifin son yazıları

# # #