Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi
24 dekabr 2020
# 11:20

Tanınmış ədəbiyyatşünas alim Kamran Əliyev vəfat edib.

Kulis.az xəbər verir ki, çağdaş ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor və Əməkdar elm xadimi Kamran Əliyev dünyasını dəyişib. Alimin ölüm səbəbi hələki açıqlanmayıb.

Qeyd edək ki, Kamran Əliyev 300-dən çox elmi məqalənin, 20-dən çox monoqrafiyanın müəllifidir. Alim 70-dən çox dissertasiyanın müdafiəsində opponenet kimi iştirak edib, 12-dən çox doktorluq dissertasiyasına rəhbərlik edib.

Allah rəhmət eləsin!

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

# # #