Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi
9 may 2020
# 12:15

Azərbaycan əsilli şair, ədəbiyyatşünas, alim, professor Qulamrza Səbri Təbrizi 86 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı professor Vaqif Sultanlı facebook profilində qeyd edib.

Qeyd edək ki, mərhum alim 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də “Nəzər saatı”nın aparıcısı kimi fəaliyyət göstərib. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, “Vilyam Bleykin dialektik fikirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. O, İran İslam İnqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirib.

Allah rəhmət eləsin.

Gallery

# 2649 dəfə oxunub

Müəllifin son yazıları

# # #