Azərbaycanlı aktyorlar yumruq davasına çıxdı

Azərbaycanlı aktyorlar yumruq davasına çıxdı
8 oktyabr 2021
# 10:42

Azərbaycanın iki tanınmış aktyoru - Hikmət Rəhimov və Səmimi Fərhad əlbəyaxa dava edib.

Kulis.azın olay.az-a istinadən verdiyi xəbərə görə, hər iki tərəfin söz çəkişmələri böyük mübahisə ilə nəticələnib. Hətta Səmiminin Hikmətə xəsarət yetirdiyi də iddia olunur.

Onların arasında yaranan gərginliyin hansı səbəbdən ortaya çıxdığı məlum deyil.

Məlumatı dəqiqləşdirmək üçün S. Fərhadla əlaqə saxladıq, aktyor mövzu barədə açıqlama vermək istəməyib.

olay.az

# 6153 dəfə oxunub

Müəllifin son yazıları

# # #