Azərbaycanda yeni rusdilli nəşriyyat fəaliyyətə başladı

Azərbaycanda yeni rusdilli nəşriyyat fəaliyyətə başladı
12 iyun 2020
# 19:32

Azərbaycanda Издательство «Ларец» adlı yeni rusdilli nəşriyyat fəaliyyətə başlayıb.

Bu barədə Kulis.az-a yeni nəşriyyatın təsisçi Müşfiq XAN məlumat verib. Naşir bildirib ki, artıq 6 aydır fəaliyyət göstərən “Mücrü” nəşriyyatı xarici əlaqələri inkişaf etdirmək, habelə müasir imzaların ölkə xaricində tanıdılması yolunda yeni kitab layihələrini gerçəkləşdirəcək. “Bunu nəzərə alaraq yeni rusdilli nəşriyyat – Издательство «Ларец» fəaliyyətə başladı” – deyə təsisçi bildirib.

Qeyd edək ki, “Каждой книге – её читателя” devizi ilə yola çıxan nəşriyyatın ilk kitabı yaxın günlərdə işıq üzü görəcək.

# 1862 dəfə oxunub

Müəllifin son yazıları

# # #