Azərbaycanda qeyri-adi aksiya: Piratlara qarşı müsabiqə

Azərbaycanda qeyri-adi aksiya: Piratlara qarşı müsabiqə
5 may 2021
# 14:50

Azərbaycan Nəşriyyatları İctimai Birliyi (ANİB) "Əməyə hörmət, qələmə hörmət" devizi altında pirat nəşrlərə qarşı poster müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkə kitabçılığının önündə ciddi problemə çevirilmiş pirat və qanunsuz kitab nəşrinə diqqət çəkmək, insanları maarifləndirmək və orijinal kitab almağa sövq etməkdir.

Müsabiqəyə istənilən texnika ilə işlənmiş işləri göndərmək mümkündür.

İşlər 23 may 2021 tarixinə kimi [email protected] ünvanına göndərilməlidir.

ANİB tərəfindən birinci yerin qalibi 300 AZN, ikinci və üçüncü yerin qalibləri isə kitab hədiyyələri ilə mükafatlandırılacaq.

# 1269 dəfə oxunub

Müəllifin son yazıları

# # #