Ayxan Ayvazdan səs-küylü kitab

Ayxan Ayvazdan səs-küylü kitab
17 iyun 2020
# 18:55

Saytımızın əməkdaşı, yazar Ayxan Ayvazın yeni “Mavra, Zəhra və başqaları” adlı kitabı işıq üzü gördü.

Kulis.az xəbər verir ki, kitab Mücrü nəşriyyatında çap olunub.

Kitabda A.Ayvazın Kulis.az saytında yazdığı və səs-küy salan reportajları yer alıb. Reportajlar yenidən işlənmiş və kitaba uyğunlaşdırılmışdır. Ona görə də kitabda yer alan yazılar reportaj-hekayələr kimi təqdim edilib.

Kitabın redaktoru yazıçı Şərif Ağayardır.

Xatırladaq ki, "Mavra, Zəhra və başqaları" müəllifin sayca üçüncü kitabıdır. Bundan əvvəl onun bir roman və bir hekayələr kitabı çap olunub.

Qeyd edək ki, kitab mərhum yazıçı Mövlud Mövluda həsr olunub.

# 2573 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #