Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video

Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
26 yanvar 2021
# 10:00

Bu gün 50 yaşını qeyd edən Xalq artisti Aygün Kazımova yeni klipinin təqdim edib.

Bu barədə Kulis.az-a sənətkarın özü məlumat verib. Sözləri və musiqisi Mc Murada məxsus olan “Bu qadın” mahnısının aranjmanı Aliko Berdzanişviliyə aiddir. Klipi türkiyəli rejissor Eren Yıldız çəkib.

Xalq artisti yeni layihəsini gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr etdiyini bildirib: ““Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq".


# 1661 dəfə oxunub

Müəllifin son yazıları

# # #