Artıq onun əsərlərindən qonorar ödənmədən istifadə edilə bilər: Müddət bitdi

Artıq onun əsərlərindən qonorar ödənmədən istifadə edilə bilər: Müddət bitdi
5 yanvar 2021
# 14:28

Məşhur ingilis yazıçısı Corc Oruellin əsərlərinin 70 illik müəllif hüququ 2021- ci ilin yanvarın 1-də başa çatdı.

Kulis.az xəbər verir ki, dünya şöhrətli yazıcı Corc Oruellin 70 illik müəllif hüququnun vaxtı bitdiyi üçün artıq dünyada nəşriyyatlar və teatrlar müəllifin varislərinə heç bir ödəniş etmədən əsərlərini yayımlaya və səhnəyə qoya biləcəklər.

BBC-nin xəbərinə görə bundan başqa yazıçının “1984” və “Heyvanıstan” kimi əsərləri film, serial, hətta komüter oyunlarının mövzusu ola biləcək.

# 1672 dəfə oxunub

Müəllifin son yazıları

# # #