Disneyin yeni animasiya filmi “Haydı, gedək”də (Onward) yer alan təpəgöz polis məmuru LGBT-i obrazında təsvir edilib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur prodakşın olan Disney yeni filmində daha bir LGBT-i obrazına yer verib. Animasiya filmində təpəgöz polis məmuru obrazı homoseksual olaraq qarşımıza çıxacaq. Obrazı Lena Vaytxe səsləndirəcək. O ilk dəfə bir LGBT-i obrazı canlandırsa da, Disney əvvəlki layihələrində homoseksual obrazlara yer verib.
Xatırladaq ki, Disneyin 2019- cu il istehsalı “Skayuokerin yüksəlişi” filmində eyni cinsdən olan iki əsgərin öpüşməsi, 2017- ci il istehsalı “Gözəl və çirkin” filmində isə LeFou adlı homoseksual obrazın təsviri səs-küyə səbəb olmuşdu.