Anasına həsr etdiyi roman Buker aldı - Təqdimat

Anasına həsr etdiyi roman Buker aldı - Təqdimat
20 noyabr 2020
# 11:01

“Buker” mükafatının qalibi seçildi.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Şotlandiya-Amerika yazıçısı Duqlas Stüart 2020-ci ildə keçirilən “Buker” mükafatına layiq görülüb. Mükafat sahibinin adı ötən gün keçirilən virtual mərasimlə elan olunub.

Qalib yazıçı "Şaqqi Beyn" adlı debüt romanını gənc yaşda alkoqolizmdən itirdiyi anasına ithaf edib. Romanda 1980-ci illərdə Qlazqoda yaşayan bir ailədə böyüyən oğlanın çətin keçən yeniyetməliyindən bəhs olunur.

Duqlas Stüart həmişə yazıçı olmaq arzusunda olduğunu etiraf edərək deyir: “Bu mükafatı qazanmaq gerçəkləşən bir xəyaldır. Bu, bütün həyatımı dəyişdirdi.”

# 2070 dəfə oxunub

Müəllifin son yazıları

# # #