Anarın əsəri Özbəkistanda çap olundu

Anarın əsəri  Özbəkistanda çap olundu
11 dekabr 2019
# 18:40

Daşkənddə özbək dilində çap edilən “Tafakkur” ictimai-fəlsəfi jurnalında Azərbaycanın Xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” povesti dərc olunub.

Kulis.az xəbər verir ki, povesti orijinaldan özbək dilinə Şahsənəm çevirib. Jurnalda Anarın həyat və yaradıcılığı haqqında da məlumat verilir. Bildirilir ki, Azərbaycan yazıçıları arasında Özbəkistanda ən çox tanınanlardan biri də Anardır.

Son illərdə yazıçının Daşkənddə iki kitabı çap edilib, ölkənin ədəbi jurnal və qəzetlərində müntəzəm olaraq onun povest və hekayələri yer alır.

Gallery

# 1765 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #