Xalq yazıçısı Anarın ədəbi fəaliyyətinin altmış illiyi münasibətilə “Keçən ilin son gecəsi” adlı sənədli film çəkilib.
Kulis.az xəbər verir ki, Real Televiziyası tərəfindən çəkilən 24 dəqiqəlik sənədli filmdə Xalq yazıçısının 90- cı illərdə Azərbaycanın ictimai həyatında oynadığı əhəmiyyətli rol oynaması və digər məqamlar diqqətə çatdırılıb.
Qeyd edək ki, filmin müəllifi və rejissoru Kamran Qasımov, operatorları Azər Qarayev, Elxan Hüseynov və Məhəmməd Zeynalov, baş redaktoru Səbinə Ağayevadır.
- Azərbaycanlı aktrisa: “Fiziki qüsurlular övlad sahibi olmamalıdır”
- "Yeşilçam"ın aktyoru xərçəngdən vəfat etdi
- Kirayə pulu verməmək üçün qatarda yaşayan qız
Filmdə Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Aqil Abbas, millət vəkili Fazil Mustafa, jurnalist-publisist Nəsiman Yaqublu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış ediblər.