Aktyor kitabxananın qonağı oldu

Aktyor kitabxananın qonağı oldu
8 may 2021
# 15:01

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov olub.

Görüş zamanı aktyor layihələri, tamaşaları, ümumilikdə, fəaliyyəti haqqında ətraflı məlumat verib, həmçinin canlı yayıma qoşulan izləyicilərin “Uşaqlara teatrı necə sevdirməli?”, “Hansı uşaq ədəbiyyatı nümunəsini səhnələşdirmək istərdiniz?”, “Ən uzun müddət hazırlaşdığınız tamaşa hansı olub? “ və digər suallarını cavablandırıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

# # #