“Taxt oyunları” serialında Qriqor Kliqan obrazını canlandıran məşhur aktyor Haftor Byornson 501 kiloqram ağırlıq qaldıraraq dünya rekorduna imza atıb.
Aktyor bu nailiyyəti ilə qürur duyduğunu və xoşbəxt olduğunu söyləyib:
"Gözəl hissdir. İnsanların səhv olduğunu sübut etməkdən daha yaxşı bir şey yoxdur".
Qeyd edək ki, əvvəlki dünya rekordu 2016-cı ildə 500 kiloqram ağırlıq qaldıran britaniyalı idmançı Eddi Holla məxsus idi.
Boyu 2,05 metr olan Haftor 2018-ci ildə "dünyanın ən güclü adamı" seçilmişdi. /axsam.az/