Abbasilər dövrünə aid qızıl sikkələr tapıldı - Fotolar

Abbasilər dövrünə aid qızıl sikkələr tapıldı - Fotolar
25 avqust 2020
# 10:13

İsrailin Yavnə şəhərinin yaxınlığında arxeoloqların apardıqları qazıntılar zamanı erkən İslam dövrünə aid olan qızıl sikkələr tapılıb.

Kulis.az xəbər verir ki, israilli arxeoloqlar Liat Nadav-Zit və Elie Həddad jurnalistlərə açıqlama verərək tapılmış 425 ədəd qızıl sikkənin min il əvvələ - Abbasilər dövrünə aid olduğunu bildiriblər. Numizmatika üzrə ekspert Robert Kol əlavə edib ki, bu sikkələrin IX əsrdə - Abbasilər sülaləsinin Yaxın Şərq və Şimali Afrikanın böyük bir ərazisini nəzarəti altına aldığı illərdə zərb edildiyi ehtimal olunur.

Arxeoloqlar vurğulayıblar ki, yeni tapıntı İsrail ərazisində aşkar edilən ən böyük qədim xəzinələrdən biridir. Ən çox qızıl sikkə isə 2015-ci ildə İsrailin Aralıq dənizi sahilində yerləşən Qeysəriyyə liman şəhərində tapılıb. Belə ki, 2 min qızıl sikkədən ibarət olan bu xəzinə X əsrdə - Fatimilər dövründə zərb edilib.

Gallery

Gallery

Gallery

# 1768 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #