ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır

ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
1 iyul 2020
# 16:00

Təşkilatdan verilən məlumata görə, 800-dən çox rejissor Birləşmiş Ştatlar Film Akademiyasına daxil olmaq üçün dəvət alıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Kino Film Sənəti və Elmlər Akademiyası kinoya əhəmiyyətli töhfələr vermiş 819 sənətçiyə təşkilata üzv olmaq üçün dəvət göndərib.

Təmsilçilik böhranını yaşayan və sıralarını şaxələndirməyə çalışan təşkilatın məlumatına görə dəvət olunanların 45% -i qadınlar, 39% -i isə irqi azlıqlardır. Dəvət olunan kino adamlarının 49% ABŞ xaricindəki 68 ölkədəndir.

Akademiyanın təqdim etdiyi siyahıda Oskar mükafatı alan "Parazitlər" filmindəki Cənubi Koreyalı aktyorların adları da vardır.
"Dəvəti qəbul edənlər 2020-ci ildə akademiyanın yeganə yeni üzvləri olacaqlar" deyə təşkilat bildirib.

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #