79 yaşlı "Oskar"lı aktyor Robert De Niro yeni doğulmuş körpəsindən danışıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi övladının anası Tiffani Şen ilə “Tribeca” Film Festivalında görüntülənib.
Tədbirdə “People” jurnalına danışan aktyor 6 övladının yeni doğulan körpəsi 2 aylıq qızı Gia Virciniya ilə hələ görüşmədiyini bildirib.
- Həmid Herisçi: "Yəqin ki, proses uzun çəkəcək..."
- Lənkəran Teatrı yeni mövsümə başlayacaq
- Səməd Vurğun ABŞ-da insan hüquqları haqqında - MƏTN
"Hələ bacıları ilə görüşməyiblər, amma yaxında görüşəcəklər", - deyə De Niro qeyd edib.
Qeyd edək ki, aktyorun Drena (51), Rafael (46), Jualin (27), Aaron (27), Elliot (24) və Helen (11) adlı altı övladı var.
Onun 7-ci uşağı Gia Virciniya isə aprelin 6-da uşaq dünyaya gəlib.