76-cı Kann Film Festivalına isveçli rejissor sədrlik edəcək

Ruben Östlund

Ruben Östlund

12 aprel 2023
# 16:30

Dünyanın ən böyük film festivallarından olan 76-cı Kann Film Festivalının münsiflər heyətinə isveçli rejissor sədrlik edəcək.

Kulis.az xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat verib.

İsveçli rejissor, amerikalı Frensis Ford Koppola və Franko-Serb Emir Kusturitsadan sonra münsiflər heyətinin iki “Qızıl Palma” mükafatı alan üçüncü prezidentidir.

Festivala Martin Scorsese, Leonardo Di Caprio, Robert de Niro, Harrison Ford, Maïwenn və Johnny Depp kimi böyük ulduzların qatılacağı da gözlənilir.

Qeyd edilib ki, 48 yaşlı isveçli rejissor mayın 16-dan 27-dək keçiriləcək festivalda Vinsent Lindonu əvəz edəcək.

# 835 dəfə oxunub

Müəllifin son yazıları

# # #