76-cı Kann Film Festivalı bu gün başlayacaq

76-cı Kann Film Festivalı bu gün başlayacaq
16 may 2023
# 13:30

Dünyanın ən böyük film festivalı olan 76-cı Kann Film Festivalı bu gün başlayacaq.

Kulis.az xəbər verir ki, festivalda aktyorlar Leonardo Di Kaprio, Robert de Niro, Tom Kruz və Harrison Fordun iştirakı artıq təsdiqlənib. Həmçinin məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxmış və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir.

Pedro Almodovarın yeni qısametrajlı filmi "Qəribə həyat tərzi" rəsmi seçimdə və dünya premyerasında nümayiş etdiriləcək. Nuri Bilge Ceylanın “Quru otlar üstündə” filmi festivalın əsas proqramında çıxış edəcək.

Festivalın əsas müsabiqəsinə 19 film daxildir. Müsabiqənin əsas münsiflər heyətinə "Meydan" və "Kədər üçbucağı" filmlərinə görə "Qızıl Palma" mükafatı laureatı, isveçli rejissor Ruben Östlund sədrlik edəcək.

Qeyd edək ki, 76-cı Kann Film Festivalı mayın 16-dan başlayacaq və 27-dək davam edəcək.

# 861 dəfə oxunub

Müəllifin son yazıları

# # #