71-ci Berlin Film Festivalının xüsusi bölümü başladı

71-ci Berlin Film Festivalının xüsusi bölümü başladı
11 iyun 2021
# 10:18

Bu il epidemiyaya qarşı mübarizə tədbirləri səbəbi ilə Almaniyanın paytaxtı Berlin şəhərində iki hissədə təşkil edilən 71-ci Beynəlxalq Berlin Film Festivalının ikinci hissəsi (xüsusi yay buraxılışı) başladı.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Covid-19 tədbirlərinə uyğun olaraq Almaniyanın paytaxtında yerləşən Muzeylər arasında təşkil olunan açılış mərasiminə Alman hökumətinin Mədəniyyət üzrə Dövlət Naziri Monika Grütters, Ədliyyə Naziri Christine Lambrecht, Qida və Kənd Təsərrüfatı Naziri Julia Klöckner qatılıblar.

İyunun 20-nə qədər davam edəcək buraxılışda 16 açıq hava kinoteatrında 126 film nümayiş olunacaq.

# 1449 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #