48 yaşlı aktyor evində ölü tapıldı

aleksey

aleksey

12 yanvar 2022
# 18:11

Rusiyalı aktyor Aleksey Geriloviç Moskvadakı evində ölü tapılıb.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, 48 yaşlı aktyorla bir neçə gün əlaqə saxlamaq mümkün olmayıb. Bu səbəbdən evinə gedən dostu onun cəsədini yaşadığı mənzilin mətbəxində aşkarlayıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı cəsəddə hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Aktyorun ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq. İlkin məlumata görə, ölüm təbii səbəbdən olub.

Qeyd edək ki, aktyor “Universitet”, “Qluxar”, “Bölmə”, "Daş Cəngəllik Qanunu", "Sonuncu polis" kimi çox serialda rol alıb.

# 2532 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #