"44 günlük Vətən müharibəsi ədəbiyyatımızda" adlı yeni bədii-kulturolji layihə baş tutub.
Kulis.az xəbər verir ki, tədbirdə Natavan Dəmirçioğlunun "Açar" romanı həm kitab, həm də Teleradio Akademiyasının müdavimi Samir Rahinoğlu tərəfindən hazırlanmış audiovizual forması təqdim edilib.
Tədbirdə həmçinin, 44 günlük Vətən müharibəsi haqqında yazan müəlliflərin də hekayələri və şeirlərinə diqqət çəkilib. Elçin Hüseynbəylinin "Üzümə gün düşdü" hekayəsindən, Ulucay Akifin müharibə şeirlərindən və qazi şairlərimizdən söz açılıb.