“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı oldu

“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı oldu
28 yanvar 2026
# 18:00

Mədəniyyət Nazirliyi və Respublika “Xatirə Kitabı” Redaksiyası Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə yanvarın 28-də “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, nəşrin IV cildində Vətən uğrunda şəhid olmuş şəxslər barədə ensiklopedik məlumatlar toplanıb, onların adları və xatirələri əbədiləşdirilib.

Bildirilib ki, Respublika “Xatirə Kitabı” müxtəlif dövrlərdə Azərbaycanın üzləşdiyi faciə və müharibələrdə həlak olmuş, itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımız , eləcə də ölkənin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında materialların toplanması və nəşri istiqamətində fəaliyyət göstərir. Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə araşdırmalar apararaq dörd cilddən (iki dildə) ibarət nəşr hazırlayıb.

Bundan başqa, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin xatirələrinin yaşadılması məqsədilə 4 cilddə kitab çap edildiyi, “Qələbə - 75 və Qələbə 80: Azərbaycan xalqının mübarizə əzmi” kitablarının nəşr olunduğu bildirilib. Burada faşizm üzərində qələbənin əhəmiyyəti geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə maraqlı fikirlər yer alıb.

Redaksiya “Bakı Xəbər” qəzeti ilə birgə həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsi çərçivəsində Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş 10 kitab nəşr etdirib.

Həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında 8 sənədli filmin çəkildiyi və ictimaiyyətə təqdim olunduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, redaksiyanın hazırladığı “Heydər Əliyev xatirə kitabının yaradıcısıdır” kitabı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 iliyi münasibətilə çap edilib və nəşrdə Ulu Öndərin həyat və fəaliyyəti əksini tapıb.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər