“40 yaşdan sonrakı qadın” kitabının təqdimatı oldu

“40 yaşdan sonrakı qadın” kitabının təqdimatı oldu
22 dekabr 2022
# 19:20

Dekabrın 22-də Azərbaycan Yazıçılar Birliyində yazıçı-jurnalist, "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəylinin qələmə aldığı “40 yaşdan sonrakı qadın” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, kitabda qadınlar üçün faydalı məsləhətlər və nikbin düşüncə gücü, eyni zamanda, Mövlana Cəlaləddin Rumi, Hüseyn Cavid, Cemal Süreya kimi söz ustalarının qısa fikirləri də yer alıb.

Kitabın təkcə qadınlar üçün deyil, eyni zamanda, kişi oxucular üçün də nəzərdə tutulduğunu bildirən Jalə Rzabəyli belə nəşrlərin qadınların maarifləndirilməsi, özünə olan güvən hissinin yaradılması baxımından lazımlı olduğunu vurğulayıb: "Ümid edirəm ki, "40 yaşdan sonrakı qadın" kitabı həm xanımların, həm də xanımlara dəyər verən kişilərin sevimli kitabına çevriləcək".

Təqdimatda çıxış edənlər kitabın məziyyətlərindən söz açıb, motivasiya xarakteri daşıyan kitabın əhəmiyyətindən və müəllifin yazı üslubundan danışıblar.

# 1178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #