Müxtəlif janrları əhatə edən 39-cu Beynəlxalq Ankara Musiqi Festivalı 4 apreldə başlayır.
Kulis.az xəbər verir ki, musiqinin tanınmasına və inkişafına töhfə vermək məqsədilə keçirilən, 39-cu "Beynəlxalq Ankara Musiqi Festivalı" 4-30 aprel tarixləri arasında baş tutacaq.
Festivalda Türkiyənin əsas orkestraları ilə yanaşı, 11 ölkədən 250-yə yaxın musiqiçi iştirak edəcək.
Qeyd edək ki, festivalın bağlanış konserti fondun 28 illik prezidenti Mehmet Başmanın xatirəsinə həsr olunacaq.