36 yaşlı reper qətlə yetirildi

36 yaşlı reper qətlə yetirildi
6 sentyabr 2022
# 16:20

Kanadalı reper Pat Stey 36 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, reperin ölümünə səbəb aldığı bıçaq xəsarətləri olub. Belə ki, o, Kanadanın Yeni Şotlandiya əyalətində bıçaqlanıb. Sentyabrın 4-ü səhər saatlarında tapılan Stey xəstəxanaya aparılsa da, həkimlər onun öldüyünü açıqlayıb.

Amerikalı reper Eminem tvitter hesabında onun ölümünü belə şərh edib:

“Hip-hop bütün zamanların ən yaxşı batlerlərindən birini itirib. Krallar heç vaxt ölməz”.

Qeyd edək ki, Steyin iki övladı var.

# 1339 dəfə oxunub

Müəllifin son yazıları

# # #