“36 dramatik vəziyyət” davam edir

“36 dramatik vəziyyət”  davam edir
21 may 2025
# 13:00

Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc ssenaristlər, kinematoqrafçılar və bu peşənin incəliklərini öyrənmək istəyənlər üçün “36 dramatik vəziyyət” adlı təlimə qəbul elan etmişdi.

Kulis.az xəbər verir ki, kinorejissor, prodüser Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında hazırlanıb.

Təlimin üçüncü dərsində iştirakçılara postmodernizm, Aristotelin nəzəriyyəsi, klassik arxetiplər və dramaturgiyanın digər vacib məqamları barədə bilgilər verilib.

Təlimlərdə ümumi nəzəri mühazirələrlə yanaşı, Jorj Poltinin nəzəriyyəsinin praktiki tətbiqi də mentor tərəfindən izah olunur.

Qeyd edək ki, iştirakçıların yazdığı sinopsislərin inkişaf etdirilməsi üçün fərdi məşğələlərin də keçirilməsi planlaşdırılır.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #