30-a yaxın qadın onu günahlandırır - Məşhur fransız müğənni həbs olundu

30-a yaxın qadın onu günahlandırır - Məşhur fransız müğənni həbs olundu
9 iyun 2026
# 13:30

Fransız müğənni Patrik Brüel cinsi zorakılıqda şübhəli bilinərək saxlanılıb.

Kulis.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "BFMTV" telekanalı məlumat yayıb.

Paris polisi sənətçini iyunun 8-də nəzarətə götürüb. Söhbət əvvəllər rəsmi istintaq başladılmış bir neçə zorakılıq epizodundan gedir. Sənətçinin saxlanmasının təfərrüatları və ona qarşı irəli sürülən konkret maddələr açıqlanmır. Onun hansı müddətə həbsdə qalacağı da hələlik məlum deyil.

Qeyd edək ki, mayın 15-də "France Inter" radiostansiyası iki qadının sənətçini cinsi zorakılıq və zorlama cəhdində ittiham edən şikayətləri barədə məlumat vermişdi. Elə həmin gün məşhur fransız teleaparıcısı Flavi Flaman tərəfindən yazılmış daha bir şikayət daxil olmuşdu.

Ümumilikdə, 30-a yaxın qadın müxtəlif istintaqlar çərçivəsində müğənnini cinsi zorakılıqda ittiham edib. Məhkəməyə daxil olan iddialar əsasən 1991-2015-ci illər arasında baş vermiş insidentləri əhatə edir.

İşlərlə əsasən Nanter prokurorluğu məşğul olur, lakin Fransanın qərbindəki Sen-Malo prokurorluğunun araşdırdığı bir iddia da mövcuddur. Bundan əlavə, Kanada və Belçikada da Brüelə qarşı eyni vaxtda daha iki istintaq aparılır.

Müğənni isə öz növbəsində ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər