Türkiyəli rejissor, ssenarist Şerif Gören vəfat edib.
Kulis.az xəbər verir ki, noyabrın 22-də evində pilləkənlərdən yıxılaraq başından zədə alan prodüser xəstəxanaya yerləşdirilmişdi. O, 80 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Şerif "Yılanların öcü", "Kır gönlünün zincirini", "Firar", "Kurbağalar", "Adem ile Havva" kimi filmlərin, "Ahh İstanbul", "Serseri aşıklar", "Kırık ayna" seriallarının rejissor kürsüsündə əyləşib.