28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq

28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
21 may 2024
# 14:30

Mayın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 May- Müstəqillik Günü münasibətilə konsert proqramı keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru çıxış edəcək.

Konsert proqramının xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, musiqi rəhbəri və baş dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Eyni zamanda Fatimə Cəfərzadə, Elmira Həsənova, Əliəhməd İbrahimov, Anton Ferştdant musiqi nömrələri ilə çıxış edəcəklər.

# 563 dəfə oxunub

Müəllifin son yazıları

# # #