27-ci Beynəlxalq Corc Enesku Festivalı keçirilir

27-ci Beynəlxalq Corc Enesku Festivalı keçirilir
26 avqust 2025
# 14:50

Rumıniyanın məşhur bəstəkarı Corc Eneskunun vəfatının 70-ci ildönümünə həsr olunmuş 27-ci Beynəlxalq Corc Enesku Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, festival klassik musiqidən operaya, interaktiv tədbirlərdən xüsusi konsertlərə qədər zəngin proqram təqdim edir.

Tədbir Rumaniyanın paytaxtı Buxarestdə başlayaraq, ölkənin 15-dən çox şəhərində 100-dən çox konsertlə musiqisevərləri bir araya gətirir.

Festivalın musiqi rəhbəri, məşhur dirijor Kristian Maçelaru, Eneskunun əsərlərini digər böyük bəstəkarlarla bərabər təqdim etməyin xüsusi
önəm daşıdığını vurğulayıb.

Qeyd edək ki, proqramda Eneskunun məşhur “Oidip” operası, eləcə də Ravel, Stravinski və Berlioz kimi böyük ustaların əsərləri səsləndiriləcək.

# 198 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər