26-cı “Uçan süpürgə” Beynəlxalq Qadın Filmləri Festivalının qalibləri açıqlandı

26-cı “Uçan süpürgə” Beynəlxalq Qadın Filmləri Festivalının qalibləri açıqlandı
15 aprel 2023
# 15:30

Bu il “Uçan Süpürgə” Beynəlxalq Qadın Filmləri Festivalında Şərəf, Müvəffəqiyyət və Gənc Cadu mükafatlarını alacaq adlar açıqlanıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki,nəticələrə əsasən festivalın “Onur Mükafatı” aktrisa Tilbe Sarana, “Bilge Olgaç Uğur Mükafatı” aktrisa Asiye Dinçsoy,rejissor-ssenari müəllifi Belmin Söylemez və redaktor Selda Taşkına, “Gənc Cadu Mükafatı” isə aktrisa Öyküsi Özyürekə veriləcək.

Mükafatlandırma mərasimi 31 may - 7 iyun tarixləri arasında keçiriləcək.

Qeyd edək ki, “Uçan Süpürgə” Beynəlxalq Qadın Filmləri Festivalı hər il kinoda qadın əməyini vurğulamaq və göstərmək, yeni nəsil qadın rejissorları həvəsləndirmək üçün keçirilir.

Uçan Süpürge'nin Onur, Başarı ve Genç Cadı ödüllerini alacak isimler  açıklandı

# 998 dəfə oxunub

Müəllifin son yazıları

# # #