250 nəfərlik orkestrin canlı müşayiəti ilə “Üzüklərin hökmdarı”

250 nəfərlik orkestrin canlı müşayiəti ilə  “Üzüklərin hökmdarı”
17 iyul 2025
# 16:44

11 Oskarlı məşhur “Üzüklərin hökmdarı”: “Kralın Dönüşü” əsəri ekranlaşdırılacaq.

Kulis.az xəbər verir ki, əsər 18 oktyabr 2025-ci ildə səhnədə tamaşaçılara nəhəng ekran vasitəsilə təqdim olunacaq.

Filmin nümayişində ən xüsusi məqam isə onun 250 nəfərlik canlı orkestrin müşayiətilə həyata keçirilməsidir.

Burada əsas məqsəd kino və canlı musiqinin birlikdə yarada biləcəyi qeyri-adi və nadir təcrübəni tamaşaçılara təqdim etməkdir.

Qeyd edək ki, əsər “Wolkswagen Arena”da orijinal dildə və türkcə altyazılı şəkildə nümayiş etdiriləcək.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

# # #